...

Azad Rəhimov: Gənc alimlərə qrant layihələrinin verilməsi gənclər arasında elmi tədqiqat işlərinə marağı artırıb (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2014 16:15 (UTC +04:00)
Bu gün Bakıda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 2012-ci il iyul - 2013-cü il dekabr ayı ərzində icrası ilə bağlı iclas keçirilib.
Azad Rəhimov: Gənc alimlərə qrant layihələrinin verilməsi gənclər arasında elmi tədqiqat işlərinə marağı artırıb (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 2012-ci il iyul - 2013-cü il dekabr ayı ərzində icrası ilə bağlı iclas keçirilib.

Trend-in məlumatına görə, iclasda gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, dövlət rəsmiləri, bir ısra QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan A.Rəhimov bildirib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə ölkədə Gənclər Fondu müasir tələblərə uyğun qurulub: "Gənclər üçün Prezident mükafatı təsis edilib və 5 fevral 2014-cü ildə keçirilən tədbir zamanı 6 ilk layiqli namizəd mükafatlandırılıb. Gənclər siyasətinin bazasının möhkəmləndirilməsi məqsədilə 23 şəhər və rayonda Gənclər evi və mərkəzləri inşa edilib, daha 14-nün inşasına başlanılıb. Gənc kadrlarla bağlı məlumat bankları yaradılıb. Bu gün Azərbaycanın inkişafında gənclərin elmə həvəsləndirilməsi vacib rol oynayır".

Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu 2011-ci ildən bəri 1 milyon manatdan artıq məbləğində layihələr maliyyələşdirilib: "Gənc alimlərə qrant layihələrinin verilməsi gənclər arasında elmi tədqiqat işlərinə marağı artırıb. Ölkənin qazandığı nailiyyətlər gənclərin fəaliyyətində davamlı inkişaf tapıb. Ötən il ölkəmizdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının üzv ölkələrindən 50-dək gənc arasında kibertəhlükəsizlik mövzusunda model simulyasiya oyunu keçirilib. 2013-cü ildə Gəncə "2016-cı ildə Gənclər paytaxtı" seçilib. Məlumdur ki, sözügedən proqram gənclər və gənclər təşkilatlarının iştirakı ilə hazırlanıb və onun icrasına gənclər təşkilatları aktiv qoşulublar".

Onun sözlərinə görə, ötən il Gənclər və İdman Nazirliyi tərəfindən ümumi məbləği 5 milyon 500 min manat olan 137 layihə maliyyələşdirlib.

Daha sonra İ.Babayev deyib ki, Dövlət Proqramı çərçivəsində "Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması" aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsini keçdikdən sonra Nazirlər Kabinetinə təqdim edilib: "Nazirlər Kabinetinin 18 noyabr 2013-cü il tarixli 327 nömrəli qərarı ilə "Yaradıcı gənclərə dövlət dəstəyinin genişləndirilməsi məqsədilə dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istiafdəsinə verilməsi Qaydaları" təsdiq edilib".

Nazir müavini bildirib ki, həmçinin, proqram çərçivəsində ötən il Mingəçevirdə Gənclər Evi tikilərək istifadəyə verilib: "2015-ci ilin sonuna qədər daha 9 gənclər evinin istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda respublikanın 23 rayon və şəhərində Gənclər evi və mərkəzləri fəaliyyət göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti