...

Mikayıl Cabbarov: Ali təhsil sistemindəki problemlərdən biri məzunların işəgötürənlər tərəfindən işə cəlb olunmamasıdır

Cəmiyyət Materials 13 Fevral 2014 10:57 (UTC +04:00)
Bu gün ali təhsil sistemində olan problemlərdən biri də təhsilini uğurla başa çatdıran bir çox məzunların işəgötürənlər tərəfindən işə cəlb olunmamasıdır.
Mikayıl Cabbarov: Ali təhsil sistemindəki problemlərdən biri məzunların işəgötürənlər tərəfindən işə cəlb olunmamasıdır

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu gün ali təhsil sistemində olan problemlərdən biri də təhsilini uğurla başa çatdıran bir çox məzunların işəgötürənlər tərəfindən işə cəlb olunmamasıdır. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimində çıxışı zamanı deyib.

M.Cabbarovun sözlərinə görə, işəgötürənlər, işgüzar assosiasiyalarla daim görüşlər keçirilir, müzakirələr aparılır. Həmin görüşlərdə onlar məzunların peşəkar hazırlığının qaneedici olduğunu söyləsələr də, praktik hazırlığın istənilən səviyyədə olmadığını deyirlər: "Bu problem Azərbaycan üçün unikal deyil. Biz elə bir dövrdə yaşayırıq ki, işəgötürənlərin sayı çoxdur. Biz işəgötürənlərlə sıx əlaqə yaratmaqda maraqlıyıq".

Nazir bildirib ki, Azərbaycanın ali təhsil sistemində yüksəkkeyfiyyətli təhsil verilməlidir. Müasir dövrün, iqtisadiyyatın, Azərbaycanın vətəndaşları yüksəkkeyfiyyətli təhsili Azərbaycanın ali təhsil müəssisələrində almalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti