...

Səhiyyə Nazirliyi ötən ay 33 sahibkarı cərimələyib

Cəmiyyət Materials 14 Fevral 2014 12:54 (UTC +04:00)
Bu il yanvar ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 33 sahibkar inzibati qaydada cərimələnib.
Səhiyyə Nazirliyi ötən ay 33 sahibkarı cərimələyib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu il yanvar ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 33 sahibkar inzibati qaydada cərimələnib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 7 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 484, mikrobioloji göstəricilərinə görə 461, toksikoloji göstəricilərinə görə 110, radioloji göstəricilərinə görə isə 12 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 4-də orqanoleptik və fiziki-kimyəvi, 8-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Yanvar ayı ərzində iaşə müəssisələrindən 1232 yaxma nümunəsi götürülüb. Onların 12-də bağırsaq çöpləri normadan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti