...

Penitensiar xidmətin Mühafizə alayında intizamın möhkəmləndirilməsinə dair tapşırıq verilib

Cəmiyyət Materials 14 Fevral 2014 17:57 (UTC +04:00)
Fevralın 14-də Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Nizaməddin Cəlilovun sədrliyi ilə Penitensiar xidmətin Mühafizə alayında müşavirə keçirilib.
Penitensiar xidmətin Mühafizə alayında intizamın möhkəmləndirilməsinə dair tapşırıq verilib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 14-də Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Nizaməddin Cəlilovun sədrliyi ilə Penitensiar xidmətin Mühafizə alayında müşavirə keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müşavirədə xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıqlar verilib.

Növbəti xüsusi rütbələrə layiq görülmüş əməkdaşlara müvafiq paqonlar təqdim edilib.

Müşavirədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin məsul əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti