...

Azərbaycanda tələbələrin köçürülməsi, xaric edilməsi ilə bağlı hazırlanan yeni qaydalar təsdiq edildi

Cəmiyyət Materials 18 Fevral 2014 12:50 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı təsdiq edilməsi barədə əmr verib.
Azərbaycanda tələbələrin köçürülməsi, xaric edilməsi ilə bağlı hazırlanan yeni qaydalar təsdiq edildi

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı təsdiq edilməsi barədə əmr verib.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin müddəalarının Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə ziddiyyət təşkil etdiyini, o cümlədən akademik uğursuzluq və dərslərə davamiyyətə görə tələblərin xaric olunması tələbinin aradan qaldırıldığını nəzərə alaraq, yeni qaydalar hazırlanlıb.

Əmrə əsasən, ali təhsil müəssisələrinin rəhbərləri "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı işdə rəhbər tutmalırlar.

Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi, və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə" ali təhsil müəssisələrinə münasibətdə qüvvədən düşmüş hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti