...

Azərbaycanda nisbətən soyuq və yağıntılı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 22 Fevral 2014 12:02 (UTC +04:00)
Azərbaycanda nisbətən soyuq və yağıntılı hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
Azərbaycanda nisbətən soyuq və yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda nisbətən soyuq və yağıntılı hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, fevralın 23-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə az yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 23-də hava bəzi yerlərdə yağıntılı olacaq. Mülayim şərb küləyi əsəcək. Dağətəyi və dağlıq rayonlarda qar yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda temperatur gecə 1-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəydək isti proqnozlaşdırılır.

Bu cür hava şəraiti fevralın 24-nə kimi davam edəcək.

G.Məmmədova həmçinin bildirib ki, fevralın 22-nə keçən gecə Sarıbaşda 15 sm Qubada isə 5 sm hündürlüyündə qar yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti