Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İsabalayeva/
8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı Azərbaycanda qeyri-iş günləri rəsmən açıqlandı.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə bildirib ki, 8 mart tarixi şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq.
Bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq.
Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı Azərbaycanda qeyri-iş günləri rəsmən açıqlandı
8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı qeyri-iş günləri rəsmən açıqlandı.
