...

Azərbaycan ödənişsiz hüquqi yardımın təşviqinə səy göstərir (FOTO)

Cəmiyyət Materials 6 Mart 2014 15:42 (UTC +04:00)
Ədliyyə Akademiyasında məhkəmə aparatı işçilərinə "Ödənişsiz hüquqi yardım" mövzusunda təlim keçirilib.
Azərbaycan ödənişsiz hüquqi yardımın təşviqinə səy göstərir (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Ədliyyə Akademiyasında məhkəmə aparatı işçilərinə "Ödənişsiz hüquqi yardım" mövzusunda təlim keçirilib.

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyindən Trend-ə verilən məlumata görə, təlimdə mühazirəçi qismində Birliyin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Hakimlərin Seçki Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov çıxış edib.

A.Bağırov ödənişsiz hüquqi yardım institutunun mahiyyətini və əhəmiyyətini vurğulayaraq bildirib: "2012-ci ildə Azərbaycan Hüquq İslahatları Mərkəzi və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü və mənim rəhbərliyimlə 14 nəfər peşəkar hüquqşünasdan - vəkillərdən, alimlərdən ibarət işçi qrupu təşkil olundu. Bü müddət ərzində işçi qrupu beynəlxalq təşkilatların nümayəndələri ilə çoxsaylı görüşlər keçirdi və görüşlərin nəticəsi olaraq "Ödənişsiz hüquqi yardım haqqında" qanun və konsepsiya layihəsi hazırlandı. Sənədlərin layihələrinin hazırlanması məqsədilə Türkiyə, Litva, Niderland, Almaniya, Fransa, ABŞ, Finlandiya və digər dövlətlərin bu sahədəki təcrübəsi öyrənildi və həmin təcrübələrdən istifadə olundu. Qeyd etməliyəm ki, layihə ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib və sənədlərin beynəlxalq ekspertizası məqsədi ilə ingilis dilinə tərcüməsi həmin təşkilatlar tərəfindən həyata keçirilib".

Ödənişsiz hüquqi yardım institunun tam formalaşması üçün mövcud olan problemləri qeyd edən Birliyin sədri bu problemlərin aradan qaldırılması üçün birgə səylərini dilə gətirib. Eyni zamanda, müxtəlif ölkələrin bu sahədəki spesifik təcrübələri barədə təlimçilərə məlumat verilib.

Daha sonra təlim interaktiv qaydada davam edib, mövzu ilə bağlı maraqlı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti