...

Hikmət Babaoğlu: Müxtəlif dini cərəyanlar adı ilə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar islamofob dairələr tərəfindən maliyyələşdirilir

Cəmiyyət Materials 7 Mart 2014 17:22 (UTC +04:00)
Bu gün dünyada olduqca qlobal hadisələr baş verir və bu hadisələr içərisində ayrı-ayrı güc mərkəzləri müxtəlif vasitələrlə milli dövlətlərin səlahiyyətlərini məhdudlaşdırmağa cəhd edirlər. Trend-in məlumatına görə, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı deyib.
Hikmət Babaoğlu: Müxtəlif dini cərəyanlar adı ilə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar islamofob dairələr tərəfindən maliyyələşdirilir

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün dünyada olduqca qlobal hadisələr baş verir və bu hadisələr içərisində ayrı-ayrı güc mərkəzləri müxtəlif vasitələrlə milli dövlətlərin səlahiyyətlərini məhdudlaşdırmağa cəhd edirlər. Trend-in məlumatına görə, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı deyib.

H.Babaoğlu bildirib ki, bu gün müxtəlif sektalar, dini cərəyanlar adı altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar birbaşa məhz islamofob dairələr tərəfindən maliyyələşdirilən və stimullaşdırılan təşkilatlanmalardır: "Bu gün Ərəbistan yarmadasında Azərbaycana ixrac olunan dini ideologiya mənşə etibarilə İslamla bağlı deyil, bu gün liderin hansısa xarici ölkədə oturub ayrı-ayrı ölkələrdə təşkilatlandırmağa, şəbəkə halına gətirməyə çalışdığı cərəyan da İslam mənşəli deyil".

Onun sözlərinə görə, dərindən təhlil etdikdə görünür ki, dinin həqiqi daşıyıcıları və dini siyasi vasitə kimi deyil, ruhi-mənəvi vasitə kimi görən insanlar o cərəyanların heç birini əslində İslami cərəyan və yaxud dini cərəyan hesab etmirlər: "Bu gün məsələ o qədər qlobal xarakter alıb ki, ayrı-ayrı ölkələrin, bizə qonşu olan ölkələrin idarə edilməsində, hakimiyyət strukturlarının formalaşdırılmasında bu cərəyanlar söz sahibinə çevrilməyə cəhd göstərirlər. Bu missionerlik fəaliyyəti nəticə etibarilə milli mənəviyyatdan, milli tələbatdan, milli siyasi iradədən doğmadığı üçün milli iradəyə və dövlətçilik maraqlarına ziddir. Əlbəttə belə meyillərin qarşısı alınmalıdır. Burada Azərbaycan mətbuatının üzərinə böyük vəzifə düşür. Azərbaycan mətbuatının başlıca funksiyası ictimai nəzarət funksiyasını həyata keçirməkdən ibarət olmalıdır. Biz bilirik ki, Azərbaycanda qeydiyyatdan keçmiş qanuni dini cərəyanlar var və qeyri-qanuni fəaliyyət göstərən dini sektalar, cərəyanlar var. Azərbaycan mətbuatı tərəfindən ictimai nəzarət gücləndirilməlidir ki, dini cərəyanlar üzdə bir cür, arxada başqa cür fəaliyyətlə məşğul olmasınlar. Azərbaycan mətbuatının üzərinə düşən əsas vəzifələrdən biri də bu mövzunu keyfiyyətli, obyektiv, elmi əsaslarla işıqlandırmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti