Azərbaycan, Bakı, 22 mart /Trend/
Gündən-günə böyüyüb gözəlləşən ulu Gəncə Novruz bayramının gəlişi ilə başqa görkəmdədir.
Başdan-başa bayram libasına bürünmüş Nizami yurdunun "Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi" və "Heydər Əliyev park-kompleksi" tərəfdən olan şəhər girişlərində və şəhərin mərkəzi meydan və parklarında böyük ölçülü səməni, yumurta və şamlar quraşdırılıb. Şəhər sakinləri və şəhərə təşrif buyuran qonaqlar tərəfindən bu dəyişiklik böyük rəğbətlə qarşılanır.
Gəncədə bayram axşamları daha gözəldir...