Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanda havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək, temperatur bəzi yerlərdə 17 dərəcəyə çatacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq.
Aprelin 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq. Aprelin 3-də güclü Xəzri küləyi meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Aprelin 1-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 , gündüz 12-17 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti gözlənilir.