...

Azərbaycanda bu il 216 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 11 Aprel 2014 10:43 (UTC +04:00)
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əhali arasında 197 qida zəhərlənməsi hadisəsi baş verib.
Azərbaycanda bu il 216 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əhali arasında 197 qida zəhərlənməsi hadisəsi baş verib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu hadisələr nəticəsində 216 nəfər qidadan zəhərlənib.

Hadisələrdən 11-i botulizm olub. Bu hadisələr nəticəsində 17 nəfər zəhərlənib.

Qeyd edək ki, ötən il Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1525 nəfər qidadan zəhərlənib. Azərbaycanda 2012-ci illə müqayisədə ötən il baş verən qida zəhərlənmələrinin və ondan zərər çəkənlərin sayı artıb. 2012-ci ildə isə Azərbaycanda 1193 qida zəhərlənməsi baş verib. Bu hadisələr nəticəsində 1466 nəfər zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti