...

DİN: İlham Mirzəyev barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb

Cəmiyyət Materials 11 Aprel 2014 15:49 (UTC +04:00)
Bakı şəhər sakini İlham Mirzəyev barəsində dələduzluq maddəsi (178-ci) ilə cinayət işi açılıb.
DİN: İlham Mirzəyev barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakini İlham Mirzəyev barəsində dələduzluq maddəsi (178-ci) ilə cinayət işi açılıb. Bu barədə Trend-ə DİN-nin mətbuat xidmətinin şöbə rəisinin müavini, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov deyib ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında bu gün Bakı şəhər sakini İ.Mirzəyev polis tərəfindən saxlanılıb.

Hazırda qaldırılan cinayət işi üzrə istintaqa başlanılıb.

Qeyd edək ki, İ.Mirzəyev "Space" telakanalının "Etiraf" proqramının aparıcısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti