...

Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq

Cəmiyyət Materials 17 Aprel 2014 12:31 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi əarzilərində qısamüddətli yağış yağacaq.
Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 18-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli az yağış yağacağı, şimşək caxacağı ehtmalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlıq ərazilərdə gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti