...

Azərbaycanda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində çalışmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 22 Aprel 2014 16:24 (UTC +04:00)
Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Azərbaycanda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində çalışmaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Mingəçevir, Şamaxı, Ucar və Yevlax rayon sakinləri aprelin 26-də saat 10.00-da Göyçay Rayon Polis Şöbəsində Azərbaycan daxili işlər naziri tərəfindən qəbul ediləcəklər. Bu barədə Trend DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti