...

Penitensiar Xidmət "Nida" hərəkatının həbsdə olan üzvlərinin aclıq aksiyası keçirdiyini təkzib edir

Cəmiyyət Materials 29 Aprel 2014 16:20 (UTC +04:00)
Penitensiar Xidmət "Nida" hərəkatının həbsdə olan üzvlərinin aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Penitensiar Xidmət "Nida" hərəkatının həbsdə olan üzvlərinin aclıq aksiyası keçirdiyini təkzib edir

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmət "Nida" hərəkatının həbsdə olan üzvlərinin aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzimov, Üzeir Məmmədli və Şahin Novruzlunun aclıq aksiyası keçirmələri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub. Təqsirləndirilən şəxslərin vəkillərinə və ailə üzvlərinə istinadən yayılan bu məlumatlarda onların guya 13 gündür ki, qidadan imtina etmələri iddia olunur.

Bununla əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmət bildirir ki, adları qeyd olunan 8 nəfər məhkum tərəfindən saxlanıldıqları müəssisənin rəhbərliyinə qidadan imtina etmələri barədə heç bir rəsmi müraciət ünvanlanmayıb və həmin şəxslər saxlanıldıqları kameralarında normal qida qəbul edirlər. Bu şəxslərin sağlamlıqları və fiziki durumlarında problemlər qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti