...

Ermənistan əhalisi bir ildə 15 min nəfər azalıb

Cəmiyyət Materials 30 Aprel 2014 15:53 (UTC +04:00)
Ermənistan əhalisi ötən ilin eyni dövrü ilə müqayisədə aprelin 1-nə 15,1 min nəfər azalıb.
Ermənistan əhalisi bir ildə 15 min nəfər azalıb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Ermənistan əhalisi ötən ilin eyni dövrü ilə müqayisədə aprelin 1-nə 15,1 min nəfər azalıb.

Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, aprelin 1-nə Ermənistanın daimi əhalisi (2011-ci ildə aparılmıış siyahıya alınma əsasındakı cari uçota görə) 3012,9 min nəfər olub. Bunlardan 1 911,8 mini şəhərlərdə, 1 101,1 mini isə kəndlərdə yaşayır.

Bununla belə, ilin əvvəli ilə müqayisədə Ermənistan əhalisinin sayı 4,5 min nəfər azalıb.

2014-cü ilin I rübündə ölkədə yeni doğulan körpələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 9 789 nəfər təşkil edib. Hesabat dövründə ölüm hallarının sayı 7,7 faiz artaraq 188 nəfər olub. Bununla da əhalinin təbii artımı 1 691 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti