...

Azərbaycanda "Harlex Group" adlı xaricdə təhsil şirkəti fəaliyyətə başlayır (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2014 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycanda "Harlex Group" adlı xaricdə təhsil şirkəti fəaliyyətə başlayır.

Trend-in məlumatına görə, "Park İnn" hotelində "Harlex Group" adlı xaricdə təhsil şirkətinin təqdimat mərasimi keçirilib. Mərasimdə şirkətin xidmətləri və gələcək fəaliyyəti barədə ətraflı məlumat verilib.

Yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərin də əməkdaşlıq etdiyi "Harlex Group" xaricdə təhsillə maraqlanan hər kəsin xidmətindədir.

Qeyd edək ki, xarici təhsil mərkəzlərinin də dəstəklədiyi "Harlex Group" yaxın günlərdə məhz tələbə və media nümayəndələri üçün açıq tədbir keçirməyi planlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti