Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Bakıda yeni yeraltı piyada keçidi inşa edilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev qeyd edib ki, Bakının Nobel prospekti ilə Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidi inşa olunur.
Onun sözlərinə görə, piyada keçidinin 4 giriş-çıxışı olacaq. Onlardan biri "Ağ şəhər"ə, biri Azərbaycan Boks Federasiyasına, digər ikisi isə Dənizkənarı Park istiqamətində olacaq. Keçidin hər tərəfində 2-si olmaqla ümumilikdə 8 eskalator quraşdırılacaq. Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, yerdən hündürlüyü isə 3,2 metr olacaq: "Hazırda inşaat ərazisində svay vurma işləri gedir. Piyada keçidinin inşasının 2014-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır".