...

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 1 May 2014 12:20 (UTC +04:00)
Mayın 1-dən 2-nə keçən gecə Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Mayın 1-dən 2-nə keçən gecə Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün axşam saat 22:00-dan etibarən paytaxtın Nəriman Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yolun üfüqi nişanlanması işlərinin aparılmasına başlanacaq. Bununla əlaqədar yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Yolda Fətəli xan Xoyski ilə küçəsi ilə kəsişmədən sonunadək xətlənmə işləri görüləcək. Lakin küçənin Heydər Əliyev prospekti ilə kəsişməsindəki tuneldə xətləmə işləri aparılarkən yolda hərəkət tam məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti