...

Türkiyə şəhərlərindən biri təbii fəlakət zonası elan edilib

Cəmiyyət Materials 2 May 2014 14:13 (UTC +04:00)
Türkiyənin Çanaqqala vilayətinin Gökçəada şəhəri leysan yağışları səbəbindən təbii fəlakət zonası elan edilib.
Türkiyə şəhərlərindən biri təbii fəlakət zonası elan edilib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Çanaqqala vilayətinin Gökçəada şəhəri leysan yağışları səbəbindən təbii fəlakət zonası elan edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Milliyet" qəzeti xəbər yayıb.

Leysandan yaşayış evləri və ofislər ziyan çəkib. Ümumilikdə şəhərdəki evlərin 60 faizinə ziyan dəyib.

Habelə güclü yağışlar nəticəsində magistral və şəhərdaxili yollar zərər çəkib.

Türkiyənin Fövqəladə halların nəticələrinin aradan qaldırılması İdarəsinin (AFAD) məlumatına görə, tələfat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti