...

Mikayıl Cabbarov: Azərbaycanda hər 18 şagirdə bir kompüter düşür

Cəmiyyət Materials 6 May 2014 12:36 (UTC +04:00)
Azərbaycanda 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 18 şagirdə bir kompüter düşür.
Mikayıl Cabbarov: Azərbaycanda hər 18 şagirdə bir kompüter düşür

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva /

Azərbaycanda 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 18 şagirdə bir kompüter düşür. Trend xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Әliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədəki orta məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulub.

M.Cabbarovun sözlərinə görə, son 10 ildə 2700-dən çox məktəb binası yenidən tikilib və ya əsaslı təmir olunub. Nəticədə ölkədə 1 milyondan artıq şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılıb. 2007-2015-ci illərdə xaricdə təhsilə dair dövlət proqramı çərçivəsində indiyə qədər 2612 gənc Dövlət Neft Fonunun ayırdığı maliyyə vəsaiti hesabına dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib.

M.Cabbarov deyib ki, ötən dövrdə ümumi təhsil müəssisələrinin müasirləşdirilməsi məsələsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Belə ki, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005/2013-cü illərdə 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub. Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı üzrə 30-dan çox uşaq müəssisəsi təmir və yeni avadanlıqlarla təchiz olunub, kommunal şəraiti yaxşılaşdırılıb. Heydər Əliyev Fondu tərəfindən məktəbəqədər təhsil müəssisələrinin inkişafı ilə bağlı proqrama start verilib. Qeyd olunan proqram ölkəmizin bütün bölgələrində uşaq bağçalarının genişmiqyaslı tikintisini, əsaslı təmirinin dəstəklənməsini nəzərdə tutur. Bu layihənin köməyi ilə məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti