...

Azərbaycanda tələbələrin akademik yükü azaldılacaq

Cəmiyyət Materials 6 May 2014 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gələn tədris ilində ali təhsil müəssisələrində tələbələr üçün akademik yükün azaldılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, hazırda ali məktəblərdə akademik saatların sayına yenidən baxılır.

Onun sözlərinə görə, yeni tədris ilində tətbiq olunacaq əhəmiyyətli dəyişikliklərdən biri akademik saatların bölgüsünün yenidən aparılması ilə bağlıdır.

Nazir bildirib ki, ali təhsildə ixtisas fənləri ilə qeyri-ixtisas fənləri arasında akademik saatların bölgüsü istiqamətində də təkmilləşmələr həyata keçirilir: "Avropanın aparıcı təhsil məktəblərini bizim ali təhsil müəssisələri ilə müqayisə etsək, görərik ki, model kimi götürülən təhsil sistemi və universitetlərdə akademik saatların sayı bizim məktəblərlə müqayisədə daha azdır. Amma həmin fənlərin tədrisi daha dərin həyata keçirilir. Bu da nəticə etibarilə mütəxəssislərin, məzunların bilik və savad keyfiyyətlərinə, nəticəyə təsir göstərir".

M.Cabbarov qeyd edib ki, təhsildə tədrisin məzmunu ana prinsip olmalıdır: "Tədrisin formallığından keyfiyyətin artırılmasına keçidi təmin etməliyik və bu istiqamətdə işlər həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti