...

Dilarə Kazımova "Eurovision-2014" mahnı müsabiqəsinin finalına çıxıb (FOTO)

Cəmiyyət Materials 7 May 2014 01:56 (UTC +04:00)
Azərbaycan "Eurovision-2014" mahnı müsabiqəsinin finalına çıxıb.
Dilarə Kazımova "Eurovision-2014" mahnı müsabiqəsinin finalına çıxıb (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan "Eurovision-2014" mahnı müsabiqəsinin finalına çıxıb.

Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Azərbaycanın nümayəndəsi Dilarə Kazımova "Start a Fire" mahnısı ilə həmin müsabiqənin finalında çıxış edəcək.

Trend-in məlumatına görə, birinci yarımfinalda Ermənistan, Latviya, Estoniya, İsveç, İslandiya Albaniya, Rusiya, Azərbaycan, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Hollandiya, Monteneqro, Macarıstan təmsilçiləri səhnəyə çıxıblar.

Çıxışlardan sonra 15 dəqiqəlik səsvermə keçirilib.

"Eurovision-2014"ün finalı mayın 10-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti