Azərbaycan, Bakı, 10 may /Trend/
Aida Mahmudovanın təşəbbüsü və təsisçiliyi ilə yaradılan YARAT Müasir İncəsənət Məkanı daha bir yeniliyə imza atıb.
Trend-in məlumatına görə, YARAT Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayevin rəhbərliyi ilə YARAT komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Heydər Əliyev zirvəsinə yürüş təşkil edib.
"YARAT" komandasına daxil olan Fərid Abdullayev, Rövşən Əhmədov, Ramal Kazımov Ümummilli lider Heydər Əliyevin adını daşıyan zirvəyə yürüş edərək zirvəni müvəffəqiyyətlə fəth ediblər.
Komanda üzvləri 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsində ümummlilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq YARAT Müasir İncəsənət Məkanının bayrağını qaldırıblar. Zirvəni fəth edən Fərid Abdullayev, Rövşən Əhmədov, Ramal Kazımova ümumilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Heydər Əliyev zirvəsinə (3751 m) müvəffəqiyyətlə yürüş etdiklərinə görə Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası tərəfindən sertifikatla təltif edilib.
"YARAT" komandasının digər üzvləri Emil Topçuyev, Kamilla Məmmədova, Yana Malışeva, Benjamin Hugh De Courcy Jones, Günel Həsənli, Vüsal Rəhimov, Anastasia Bloxina, Cəmilə Orucova, Fəxriyyə Məmmədova, Tural Əliyev, Aleksandr Statkevich Heydər Əliyev zirvəsinə yürüş edən nümayəndələr üçün ayrılmış düşərgədə Heydər Əliyev zirvəsində və Xınalıq kəndində YARAT Müasir İncəsnət Məkanının gələcəkdə həyata keçirə biləcəyi layihələrə bağlı konkret təkliflər hazırlamışlar. Artıq ikinci ildir ki baş verən BACARART layihəsinin Xınalıq kəndində keçiriləcəyini təklif olunmuşdur. BACARART Layihəsi barədə burada daha ətraflı: http://www.yarat.az/az/exhibitions/69/overview/
"YARAT" rəssamları Vüsal Rəhim və Ramal Kazımov Xınalıq kəndində yeni əsərlər üçün etüdlar, eskizlər etmişlər. Onu da qeyd etmək lazımdır ki, bu vaxta gədər Azərbaycanın klassik rəssamları olan Səttar Bəhlulzadə və Maral Rəhmanzədə öz yaradıcı işlərini Xınalıq kəndində yaratmışlar və bu gənc rəssamlar klassiklərimizi işini davam etdirən müasir dövümüzün rəssamları hesab edilə bilər.
2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan "YARAT" qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.
Bakıda yerləşən və adı "yaratmaq" sözündən əmələ gələn "YARAT" təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. "YARAT" yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən, müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır. "YARAT"-ın həyata keçirdiyi təhsil proqramları silsiləsi qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və əməkdaşlığın yaranması üçün imkan yaradır.
"YARAT"-ın, əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət institutlarının tələbə və məzunlarına "ARTIM Young Artists Project" adlı layihə vasitəsi ilə dəstək verməsini öz öhdəsinə götürür. Bu isə öz növbəsində rəssamın və onun əsərlərinin peşəkar mühitdə iştirakı, digər incəsənət təşkilatlarının diqqəti və cəlb edilməsi, müasir incəsənət sahəsində uğurlu karyeranın qurulmasına imkan əldə etməsidir. YARAT müasir incəsənətlə bağlı mühazirələr, seminarlar və master-klasslar keçirməklə, xüsusi təhsil proqramını, tətbiq edəcəkdir, həm də ressam-rezedensiyaları keciriləcək.