Azərbaycan, Bakı, 10 may /Trend/
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.