...

"Fairmont Baku Hotel" və Lady.Day.Az "Fladies" birgə layihəsini tətbiq edirlər

Cəmiyyət Materials 11 May 2014 19:43 (UTC +04:00)
"Fladies" müxtəlif peşələrdə uğur qazanmış qadınları bir araya gətirib. Görüşlərimizin məqsədi sadəcə yaxşı rəfiqələrin yanında qayğıları unutmaq deyil, "Fairmont Baku, Flame Towers"in mütəxəssislərinin təşkil etdiyi ustad dərslərində bir şey öyrənməkdir.
"Fairmont Baku Hotel" və Lady.Day.Az "Fladies" birgə layihəsini tətbiq edirlər

Azərbaycan, Bakı, 11 may /Trend/

"Fladies" müxtəlif peşələrdə uğur qazanmış qadınları bir araya gətirib. Görüşlərimizin məqsədi sadəcə yaxşı rəfiqələrin yanında qayğıları unutmaq deyil, "Fairmont Baku, Flame Towers"in mütəxəssislərinin təşkil etdiyi ustad dərslərində bir şey öyrənməkdir.

Hər bir görüş fərdi olacaq və ölkə üçün əlamətdar tarixlərə həsr ediləcək. Birgə səylərimizin nəticəsi isə müxtəlif həyat şəraitlərinə görə çətin vəziyyətə düşənlərə, kənarda qalanlara mütləq sevinc bəxş edəcək.

Bu görüşlərin mahiyyəti xeyriyyəçilikdir. Ən önəmlisi də elə budur. Bunun naminə qonaqlarımız birgə toplaşmaq üçün sıx vaxt qrafikinə baxmayaraq, imkan tapırlar.

"Fladies"də ilk görüş Gül bayramı çərçivəsində xeyriyyə marafonu ilə qeyd edilib. Biz ilk buraxılışı mayın 12-də diqqətinizə çatdıracağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti