...

Azərbaycanda magistraturaya qəbul olmaq istəyənlər üçün gözlənilən müsabiqə vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 15 May 2014 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq istəyənlər üçün gözlənilən müsabiqə vəziyyəti açıqlanıb.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu il magistraturaya qəbul olmaq istəyənlər üçün ən yüksək müsabiqə vəziyyəti 18-ci proqramda yaranıb. Bu proqramda "Kimya mühəndisliyi" ixtisası üzrə 1 yerə təxminən 4 nəfər sənəd verib.

Bunu çox yaxşı fakt sayan M.Abbaszadə bildirib ki, yüksək müsabiqə vəziyyətinin yaranmasına görə ikinci yerdə "Neft-qaz qurğuları" ixtisası dayanır. Bu ixtisas üzrə 1 yerə 2,87 nəfər sənəd verib. Üçüncü yeri isə bir yerə 2,58 nəfərin sənəd verdiyi "Coğrafiya" ixtisası tutur.

TQDK sədri qeyd edib ki, 1 yerə 2,50 nəfərin sənəd verdiyi "Kompüter elmləri" ixtisası üzrə də yüsək müsabiqə vəziyyəti yaranıb. Bundan əlavə, yüksək müsabiqə vəziyyəti "Hüquqşünaslıq" (1 yerə 2,32 nəfər), "Farmakologiya" ixtisası üzrə (1 yerə 2,29 nəfər) də yaranıb.

Bu il magistratura səviyyəsi üzrə qəbulda ən aşağı müsabiqə vəziyyəti "Dinşünaslıq" ixtisası üzrədir. Burada 1 yerə 0,33 nəfər sənəd verib. Bu ixtisasda yerlərin sayı sənəd verənlərin sayından daha çoxdur. Bu ixtisas üzrə ayrılan 6 plan yerinə 2 nəfər sənəd verib.

M.Abbaszadə onu da xatirladıb ki, mayın 25-də magistraturaya qəbul üzrə imtahanın II mərhələsi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti