Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/
"Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasında və mənim şəxsi kitabxanamda dəyəri milyon manatlarla ölçülən qiymətli əlyazmalar, kitablar var". Trend-in məlumatına görə, bunu jurnalistlərlə görüşündə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, şəxsi kitabxanasında olan qiymətli kitabları da QMİ-nin kitabxanasına verəcək.
Jurnalistlərlə ilk dəfə belə görüş keçirdiyini deyən QMİ sədri onlara Hacı Mirməhəmməd Kərim Əl-Bakuvi tərəfindən "Quran"ın təfsiri ilə bağlı hazırlamış üç cildlik "Kəşf-ül-Həqayiq" kitabını və simvolik olaraq qələm hədiyyə edib.