...

Bakının giriş-çıxış yollarından birində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 30 May 2014 10:09 (UTC +04:00)
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakının giriş-çıxış yollarından birində hərəkət məhdudlaşdırılır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, mayın 30-da, saat 11:00-dan etibarən Bakı Dairəvi avtomobil yolunun sıfırıncı nöqtəsindən (Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından) Badamdardakı maşın bazarının yaxınlığındakı yol ötürücüsünədək olan hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından Badamdardakı maşın bazarının yaxınlığındakı yol ötürücüsünədək istiqamətdə hərəkət tam məhdudlaşdırılacaq. İşlər bitdikdən sonra əks istiqamətdə yolun xətlənməsinə başlanacaq və yolun "Maşın bazarı"nın yaxınlığındakı yol ötürücüsündən Bakı Beynəlxalq Avtovağzalınadək aparan hissəsində hərəkət tam məhdudlaşdırılacaq.

P.Mürsəliyev əlavə edib ki, bu gün axşam saat 22:00-dan etibarən isə Yusif Səfərov küçəsində (Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən Babək prospekti ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti