Azərbaycan, Bakı, 30 may /Trend/
Mayın 31-də Bakının "Kempinski-Badamdar" mehmanxanasında İntellektual oyunlar üzrə III Beynəlxalq "Xəzər kuboku" ("Caspian Cup") turniri keçiriləcək. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin və "Gənclərin İntellektual İnkişaf Mərkəzi"nin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq turnirdə 56 komanda iştirak edəcək.
Qeyd edək ki, turnirə qatılan 36 iştirakçı komanda Azərbaycanı təmsil edir.
Digər komandalara gəldikdə isə onlar Rusiya Federasiyası, Özbəkistan, Moldova, Türkmənistan, Qazaxıstan, İsrail, Almaniya və Gürcüstandandırlar.
Turnirin proqramına "Nə? Harada? Nə zaman?" və "Breyn-rinq" oyunlarından başqa, "Xəmsə" milli intellektual oyunu da daxildir.