...

Azərbaycanda şagirdlərin tətil müddətləri qısaldılacaq

Cəmiyyət Materials 31 May 2014 15:52 (UTC +04:00)
Yeni tədris ilindən başlayaraq orta məktəblərdə təhsil müddətinin tədricən uzadılması və tətillərin qısaldılması tətbiq olunacaq.
Azərbaycanda şagirdlərin tətil müddətləri qısaldılacaq

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Yeni tədris ilindən başlayaraq orta məktəblərdə təhsil müddətinin tədricən uzadılması və tətillərin qısaldılması tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, təhsil müddətinin uzadılması və tətilin azaldılması istiqamətində işlər davam etdirilir.

Nazir əlavə edib ki, müvafiq dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elektron formada həyata keçirilir: "Xaricdə təhsil sistemində əsas yenilik ondan ibarətdir ki, bütün müraciətlər elektron formada həyata keçiriləcək. Hesab edirəm ki, bu daha rahat üsuldur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti