...

Azərbaycanda iş yerlərini dəyişmək istəyənlər daha çox ibtidai sinif müəllimləridir

Cəmiyyət Materials 2 İyun 2014 16:22 (UTC +04:00)
İndiyədək daxil olmuş elektron ərizələrə əsasən, Azərbaycanda iş yerlərini dəyişmək istəyən müəllimlər daha çox ibtidai sinif müəllimləridir.
Azərbaycanda iş yerlərini dəyişmək istəyənlər daha çox ibtidai sinif müəllimləridir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

İndiyədək daxil olmuş elektron ərizələrə əsasən, Azərbaycanda iş yerlərini dəyişmək istəyən müəllimlər daha çox ibtidai sinif müəllimləridir. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, müəllimlərin iş yerlərinin yerdəyişməsi üzrə elektron ərizə qəbuluna başlanılıb. İndiyədək 210 nəfər müəllim iş yerinin yerdəyişməsi üçün müraciət edib. Həmin müəllimlərin coxu ibtidai sinif müəllimləridir. Ümumilikdə regionlardan Bakıya işləmək üçün gəlmək istəyən müəllimlərin sayı çoxluq təşkil edir.

İ.Nağıyev bildirib ki, müəllimlərin yerdəyişməsi üçün 2600 vakant yer təqdim edilib. Müəllimlərin yerdəyişməsi bitdikdən sonra qalan vakant yerlər müəllimlərin işə qəbulu üzrə keçiriləcək müsabiqədə istifadə ediləcək.

Nazirliyin şöbə müdirinin müavini onu da əlavə edib ki, müəllimlərin iş yerlərinin yerdəyişməsi üzrə 3 mərhələdə keçirilən müsabiqənin ilk mərhələsi - müəllimlərin rayon və ya şəhər daxilindəki məktəblərdə yerdəyişməsi artıq başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti