...

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olundu (FOTO)

Cəmiyyət Materials 5 İyun 2014 17:35 (UTC +04:00)
5 iyun 2014-cü il tarixində Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olundu (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

5 iyun 2014-cü il tarixində Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Elnur Qurbanov rayonun təsərrüfat sahələrinin rəhbərləri və Qaradağ rayon Sukanal idarəsinin işçiləri iştirak edirdi.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini E.Qurbanov əvvəlcə 5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə bu sahədə çalışanları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki, Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olmuşdur. XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranmış, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilmişdir. Kür su kəmərləri sisteminin tikilib istifadəyə verilməsi məhz bu qəbildəndir. Ulu öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas rol oynayan "Sənaye zonası", "Şəhərkənarı" və "Sahil" kollektorları inşa edilmişdir. Ulu öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin fəal tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013-cü və 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapmış və artıq onların böyük bir hissəsi reallaşdırılmışdır. Həmin proqramların icrası nəticəsində Qaradağ rayonunda su və kanalizasiya sistemində köklü dəyişikliklər baş vermişdir. Bəzi qəsəbələrdə içməli su problemi öz həllini tapmışdır. Görülən tədbirlərin nəticəsidir ki, bu gun rayon əhalisinin 80%-i 24 saat fasiləsiz su ilə təmin edilir. Hazırda da bu istiqamətdə işlər davam etməkdədir.

Daha sonra çıxış edən Qaradağ rayon Sukanal idarəsinin rəisi Ehtibar İbrahimov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə kollektiv adından dərin minnətdarlığı bildirdi.

Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən Qaradağ rayon Sukanal idarəsinin bir nəçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti