...

Bakıda təmir işləri ilə əlaqədar daha bir yol bağlanır

Cəmiyyət Materials 6 İyun 2014 14:51 (UTC +04:00)
P.Mürsəliyev bildirib ki, küçə bağlanmasına səbəb asfalt-beton örtüyünün dəyişdirilməsidər. "Azəryolservis" ASC sürücülərdən xahiş edir ki, küçə açılanadək alternativ yollardan istifadə etsin.
Bakıda təmir işləri ilə əlaqədar daha bir yol bağlanır

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda təmir işləri ilə əlaqədar daha bir yol bağlanır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, iyunun 6-dan 7-nə keçən gecə 00:00-da paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyədək yol avtomobillərin hərəkəti üçün bağlanacaq.

P.Mürsəliyev bildirib ki, küçə bağlanmasına səbəb asfalt-beton örtüyünün dəyişdirilməsidər. "Azəryolservis" ASC sürücülərdən xahiş edir ki, küçə açılanadək alternativ yollardan istifadə etsinlər.

P.Mürsəliyev həmçinin qeyd edib ki, bu gün gecə bir müddət öncə təmirə dayanan Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək olan hissəsi sürücülərin istifadəsinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti