...

DSMF sədri Mingəçevirdə məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Cəmiyyət Materials 10 İyun 2014 13:59 (UTC +04:00)
DSMF-dən Trend-ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
DSMF sədri Mingəçevirdə məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 18 iyun 2014-cü il tarixdə, saat 11:00-da Fondun Mingəçevir şəhər şöbəsinin inzibati binasında Mingəçevir şəhərinin və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.

DSMF-dən Trend-ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında - (012) 434-12-34;
Mingəçevir şəhər şöbəsində - (02427) 4-39-49
Şəki rayon şöbəsində - (02424) 4-89-14
Qax rayon şöbəsində - (02425) 5-44-33
Zaqatala rayon şöbəsində - (02422) 5-54-07
Balakən rayon şöbəsində - (02429) 5-18-46
Oğuz rayon şöbəsində - (02421) 5-25-40
Qəbələ rayon şöbəsində - (02420) 5-06-98

Qəbulda iştirak edəcək vətəndaşların iyunun 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Mingəçevir şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti