...

Bakıda bağlanan mərkəzi yolda təmir işlərinə başlanılıb

Cəmiyyət Materials 11 İyun 2014 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda təmir işləri ilə əlaqədar bağlanan mərkəzi yolda artıq bu işlərə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, hazırda kommunikasiya xətləri dəyişdirilir, dağılmış xəndəklər yol səviyyəsində doldurularaq kipləşdirilir. Kommunikasiya quyularının dəmir-beton plitələri dəyişdirilir. Sonra kipləşdirilmiş yerlərə 20 sm hündürlüyündə asfalt-beton örtüyü vurulacaq. Bundan sonra köhnə asfalt-beton örtüyü qaşınaraq yenisi ilə əvəzlənəcək.

Qeyd edək ki, iyunun 10-da saat 23:00-dan paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyədək olan hissəsi avtomobillərin hərəkəti üçün bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti