...

İstirahət günlərində Azərbaycanın bəzi ərazilərində hava yağışlı olacaq

Cəmiyyət Materials 14 İyun 2014 12:37 (UTC +04:00)
İstirahət günlərində Azərbaycanın bəzi ərazilərində hava yağışlı olacaq.
İstirahət günlərində Azərbaycanın bəzi ərazilərində hava yağışlı olacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 35 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində dəyişkən buludlu, əsasən yağmrusuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

İyunun 15-də Azərbaycanın bölgələrində əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində dəyişkən buludlu, əsasən yağmrusuz olacaq. İyunun 16-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. İyunun 16-da gözlənilən temperatur rejimi iyunun 15-də olduğu kimi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti