...

Fikrət Məmmədov: Azərbaycanda ötən il bələdiyyələrin 25 min hektardan çox qanunsuz verdiyi torpaq sahələri geri qaytarılıb

Cəmiyyət Materials 23 İyun 2014 22:34 (UTC +04:00)
Azərbaycanda ötən il bələdiyyələrin 25 min hektardan çox qanunsuz verdiyi torpaq sahələri geri qaytarılmışdır.
Fikrət Məmmədov: Azərbaycanda ötən il bələdiyyələrin 25 min hektardan çox qanunsuz verdiyi torpaq sahələri geri qaytarılıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycanda ötən il bələdiyyələrin 25 min hektardan çox qanunsuz verdiyi torpaq sahələri geri qaytarılmışdır. Trend-in AzərTAc agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə iyunun 23-də bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında çıxışı zamanı ədliyyə naziri Fikrət Məmmədov bildirib.

F.Məmmədov iyunun əvvəlində qüvvəyə minmiş "İctimai iştirakçılıq haqqında" Qanunda yerli özünüidarəetmə orqanlarının işinə ictimai nəzarətin həyata keçirilməsinin, onların fəaliyyətində şəffaflığın təmin edilməsinin və digər mühüm məsələlərin təsbit olunmasının əhəmiyyətini xüsusi vurğulamışdır.

Bələdiyyə üzvləri və qulluqçularının biliklərinin artırılmasında Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan nazir ildə 6 min bələdiyyə üzvünü və qulluqçusunu əhatə edən 100-dən çox maarifləndirmə və təlim tədbirlərinin keçirildiyini, xarici ölkələrə səfərlərin təşkil olunduğunu demişdir.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun təmin olunmasının əhalinin onlara inamının artmasında böyük rol oynadığını qeyd edən nazir ötən dövrdə yaradılmış regional ədliyyə şöbələrinin bu işə mühüm töhfə verdiyini vurğulamışdır. Bildirilmişdir ki, təkcə ötən il 300-dən çox bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunmuş, 70 minədək bələdiyyə aktı qanunazidd olduğuna görə ləğv edilmiş və ya dəyişdirilmiş, Habelə 152 bələdiyyənin fəaliyyətində cinayət xarakterli pozuntular aşkar edilmiş və bununla bağlı qanuna müvafiq tədbirlər görülmüşdür.

Xəbər lenti

Xəbər lenti