...

DİN 2009-cu ildə itkin düşmüş şəxsi axtarır

Cəmiyyət Materials 24 İyun 2014 12:09 (UTC +04:00)
İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri: Boyu 1 metr 70 santimetr, qarayanız, qara saçlı, gözləri qara rəngdədir.
DİN 2009-cu ildə itkin düşmüş şəxsi axtarır

Azərbaycan, Bakı, 24 iyun /Trend/

DİN 2009-cu ildə itkin düşmüş şəxsi axtarır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1968-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olmuş, Gəncə şəhərində yaşamış Murquzov Vasif Valeh oğlu 2009-cu il oktyabr ayının əvvəllərində evdən çıxmış və bir daha geri qayıtmamışdır. Evdən gedərkən əynində boz rəngli kostyum, göy köynək, ayağında qara ayaqqabı olmuşdur.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri:
Boyu 1 metr 70 santimetr, qarayanız, qara saçlı, gözləri qara rəngdədir.

Onu görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 524-43-44 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncə Şəhərinin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti