...

Azərbaycanda balıq ovlamaq istəyənlər bilet alacaqlar

Cəmiyyət Materials 24 İyun 2014 17:55 (UTC +04:00)
Azərbaycanda balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıq ovlama bileti əsasında həyata keçiriləcək.
Azərbaycanda balıq ovlamaq istəyənlər bilet alacaqlar

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıq ovlama bileti əsasında həyata keçiriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Hazırkı qanunda balıqların və digər su heyvanlarının ov məqsədlərinin sayı artırılıb. Layihəyə görə, balıq və digər su bioresursları sənaye, həvəskar və idman ovu ilə yanaşı, akvakultura, elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət məqsədi ilə də ovlana bilər. Bütün bu ovlar üzrə ayrıca kvota növləri tətbiq ediləcək.

Layihəyə görə, nəzarət, idman və həvəskar ov istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidır.

Layihədə qeyd edilir ki, dövlət balıq və digər su bioresurslarının ov həcmi müəyyən edilərkən ekoloji, sosial, iqtisadi amillər, o cümlədən balıq məhsulunun istehsalı və satışı haqqında məlumatlar nəzərə alınacaq.

Xatırladaq ki, qeyd edilən qanun layihəsi artıq Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti