...

Aeroport şosesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Cəmiyyət Materials 27 İyun 2014 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Aeroport şosesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Aeroport şosesinin Heydər Əliyev Beynəlxalq Hava Limanından "Buta Palace"-a qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri ilə əlaqədar avtomobillərin hərəkəti bu gün saat 11:00-dan qismən məhdudlaşdırılacaq.

"Buta Palace"-dan Sabunçu Yol Qovşağına qədər olan hissədə isə analoji işlərlə əlaqədar avtomobillərin hərəkəti eyni vaxtdan tam məhdudlaşdırılacaq.

Təmir işlərinin bu gün saat 17:00-18:00-a qədər başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti