...

Azərbaycanda rezidenturaya qəbul olmaq istəyənlər üçün onlayn sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 3 İyul 2014 16:24 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirəcək.
Azərbaycanda rezidenturaya qəbul olmaq istəyənlər üçün onlayn sınaq imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, qəbul imtahanı ərəfəsində namizədlərə ixtisas fənləri üzrə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda təqdim olunacaq suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında hazırlanıb.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını komissiyanın saytının elektron xidmətlər bölməsinə daxil olmaqla internet ödəmə vasitəsilə əldə etmək olar.

Sınaq imtahanının 2014-cü il iyulun 4-dən keçirilməsi nəzərdə tutulur. Arzu edənlər komissiyanın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti