...

Türyançay Dövlət Təbiət Qoruğunda yanğın baş verməsinin ilkin səbəbi açıqlanıb

Cəmiyyət Materials 8 İyul 2014 10:32 (UTC +04:00)
Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın baş verməsinin ilkin səbəbi açıqlanıb.
Türyançay Dövlət Təbiət Qoruğunda yanğın baş verməsinin ilkin səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın baş verməsinin ilkin səbəbi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də saat 17 radələrində Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

Yanğının qarşısının alınması üçün dərhal ETSN-in yerli qurumlarının, Ağdaş və Qəbələ FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 20 radələrində tam olaraq söndürülüb.

Qoruğun yanğın baş verən ərazisində meşə sahəsi yoxdur.

İlkin ehtimala görə, yanğın ildırım vurması nəticəsində baş verib. Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən qoruğun 2 hektar ərazisindəki quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti