...

Abid Şərifov: Sovet ordusunun vaxtilə bilərəkdən gizlətdiyi minalar insanların yaşadığı ərazilərdə təmizlənməlidir

Cəmiyyət Materials 8 İyul 2014 13:39 (UTC +04:00)
"Sovet ordusunun vaxtilə bilərəkdən gizlətdiyi mina və partlamamış hərbi sursatlar ilk növbədə insanların yaşadığı ərazilərdə təmizlənməlidir".
Abid Şərifov: Sovet ordusunun vaxtilə bilərəkdən gizlətdiyi minalar insanların yaşadığı ərazilərdə təmizlənməlidir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

"Sovet ordusunun vaxtilə bilərəkdən gizlətdiyi mina və partlamamış hərbi sursatlar ilk növbədə insanların yaşadığı ərazilərdə təmizlənməlidir". Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.

Baş nazirin müavini qeyd edib: "Bakının ətrafında vaxtilə harda Sovet ordusu yerləşibsə, orada bilərəkdən minalar, ayrı-ayrı partlamamış hərbi sursatlar gizlədilib. Ancaq biz o yerləri təmizləməliyik ki, insanlar oradan istifadə etməyə başlasınlar".

Onun sözlərinə görə, Nargin adasında da Sovet dövründən qalma çoxlu mina və partlamamış hərbi sursat var. Lakin bu gün adanın təmizlənməsi gündəlikdə deyil: "Nargin adasında ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün böyük vəsait tələb olunur. Həm də Nargin adasında hələ ki yaşayış yoxdur. Ona görə də adada bu işlərin aparılması hələlik nəzərdə tutulmur".

A.Şərifov qeyd edib ki, bu günədək Azərbaycanda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) vasitəsilə istər Saloğluda, istər Ceyrançöldə, istərsə də başqa ərazilərdə minlərlə hektar torpaqlar təmizlənərək insanların istifadəsinə verilib. Artıq həmin ərazilərdə insanlar əkin əkir, biçir, özləri üçün şərait yaradırlar: "Bu yaxınlarda Lənkəran Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ANAMA vasitəsilə rayonda Xəzər dənizinin sahilində onlarla mina və partlamaış hərbi sursat tapılaraq zərərsizləşdirilib. Bununla yanaşı, hazırda Bakı ətrafında da bu cür irili-xırdalı çoxlu sayda layihələr həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti