...

Azərbaycan sinoptikləri sabaha nə vəd edirlər?

Cəmiyyət Materials 9 İyul 2014 12:36 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Azərbaycan sinoptikləri sabaha nə vəd edirlər?

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycan ərazisində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti