...

İsveçrə Konfederasiyasının Prezidenti Caspian Energy jurnalını 15 illik yubileyi münasibətilə təbrik edib

Cəmiyyət Materials 11 İyul 2014 11:51 (UTC +04:00)
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.
İsveçrə Konfederasiyasının Prezidenti Caspian Energy jurnalını 15 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.

"Əsrin müqaviləsi müasir Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir", - deyə İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter qeyd edib.

"20 il bundan əvvəl dünyanın enerji sektorunun mühüm oyunçuları ilə imzalanmış neft sazişi öz iqtisadi müstəqilliyini gücləndirməkdə və dünya iqtisadiyyatına dinamik inteqrasiya etməkdə Azərbaycana köməklik etdi", - deyə o bildirib.

"Beləliklə, Azərbaycan tez bir zamanda regionun mühüm enerji mərkəzinə və Avropanın əsas tədarükçüsünə çevrildi", - deyə İsveçrə Prezidenti davam edib.

"Fürsətdən istifadə edib, Azərbaycan xalqını Əsrin müqaviləsinin 20 illik yubileyi münasibətilə təbrik etmək, ona sülh və tərəqqi arzulamaq istərdim! Mən həmçinin 15 il ərzində bu uğur salnaməsini işıqlandıran Caspian Energy jurnalını da təbrik edirəm", - deyə Didye Burkhalter vurğulayıb.

İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin eksklüziv müsahibəsi Caspian Energy jurnalının 86-cı sayında (aprel-may 2014-cü il) dərc edilib.

Əlavə məlumat üçün:

Tel/Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87

E-mail: [email protected]; [email protected]

URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti