...

Binəqədini Xırdalanla birləşdirən küçə hissə-hissə bağlanacaq

Cəmiyyət Materials 11 İyul 2014 14:54 (UTC +04:00)
Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Binəqədini Xırdalanla birləşdirən küçə hissə-hissə bağlanacaq

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Bərpa işləri ilə bağlı Binəqədi qəsəbəsini Xırdalan qəsəbəsi ilə birləşdirən 4-cü Qapı küçəsi hissə-hissə bağlanacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulan küçədə iyulun 11-i gecə saat 10-11 radələrində dəmiryol körpüsünün yaxınlığında yerləşən "Dörd yol"adlanan ərazidən Binəqədi qəsəbəsi istiqamətinə 1,5km hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti