...

QHT-lərə Dövlət Dəstəyi Şurasında xarici ölkələrin gəncləri ilə görüş keçirilib

Cəmiyyət Materials 14 İyul 2014 18:45 (UTC +04:00)
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Azərbaycanda sülh şəraitində müxtəlif millətlərin və dinlərin nümayəndələrinin yüzillərlə birgə yaşadığını bildirərək ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun inkişafı üçün mühüm töhfələr verdiyini qeyd edib.
QHT-lərə Dövlət Dəstəyi Şurasında xarici ölkələrin gəncləri ilə görüş keçirilib

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Demokratik Tələbə Gənclər Təşkilatının (DTGT) təşəbbüsü ilə keçirilən "Multikultralizmin Azərbaycan Modeli" Beynəlxalq Gənclər Forumu çərçivəsində ölkəmizdə səfərdə olan xarici ölkələrin bir qrup gənci ilə görüş keçirilib. Bu barədə Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Azərbaycanda sülh şəraitində müxtəlif millətlərin və dinlərin nümayəndələrinin yüzillərlə birgə yaşadığını bildirərək ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun inkişafı üçün mühüm töhfələr verdiyini qeyd edib.

Şuranın 2007-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradıldığını və MDB-də bu tip yeganə qurum olduğunu deyən F. Qurbanov ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Şuranın fəaliyyəti dövrü ərzində 2500-ə yaxın QHT layihəsini maliyələşdirdiyini bildirən Fərasət Qurbanov qurumun dövlətlə ictimai sektor arasında körpü rolu oynadığını vurğulayıb. 2013-cü ildən etibarən Şuranın xarici QHT-lər üçün də qrant proqramı həyata keçirdiyini qeyd edən F. Qurbanov müsabiqələrin mövzusu və icrada olan layihələr haqqında da qonaqlara geniş məlumat verib. Bu layihələrin bir çoxunun ölkəmizdə multikultralizm ənənlərinin dünyada təbliğinə həsr olduğunu bildirib.

Azərbaycanda tolerant, multikultral mühitin hökm sürdüyünü deyən qonaqlar ölkəmizin bu sahədə dünyada örnək dövlət olduğunu vurğulayıblar. 13 müxtəlif dövləti təmsil edən xarici gənclər Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi işləri və Şuranın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti