...

Azərbaycanda 5 mindən çox peşə standartı hazırlanacaq

Cəmiyyət Materials 16 İyul 2014 11:32 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 mindən çox peşə standartı hazırlanmağı nəzərdə tutur.
Azərbaycanda 5 mindən çox peşə standartı hazırlanacaq

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 mindən çox peşə standartı hazırlanmağı nəzərdə tutur. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Dünya Bankı ilə birgə həyata keçirilən "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində 200 peşə standartı hazırlanaraq cari ilin əvvəlindən sahibkarların istifadəsinə verilib.

Turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrini əhatə edən peşə standartlarının hazırlanması ölkədə əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına, işçi qüvvəsindən daha səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bu standartlar eyni zamanda kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilində mühüm rola malikdir. Milli iqtisadiyyatın dinamik və çoxşaxəli inkişafı, həmçinin əlverişli demoqrafik vəziyyətin formalaşdığı şəraitdə ƏƏSMN bu prosesin davam etdirilməsini, müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanmasını nəzərdə tutur.

Peşə standartlarının hazırlanması prosesi beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı, qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti